Neft bahalaşır

OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılmasına dair razılaşmasından sonra dünya bazarlarında «qara qızıl»ın qiyməti artıb.

Millitribuna.az xəbər verir ki, bu gün səhər saatlarında neftin qiymətində 4 faizədək bahalaşma qeydə alınıb.

Belə ki, «Brent» markalı neftin bir barrelinin qiyməti 4,26% faiz artaraq 32,82 dollara, WTI markalı neftin bir bareli isə 4,92% bahalaşaraq 23,88 dollara satılır.

Qeyd edək ki, OPEC+ ölkələri bazar günü neft hasilatının azaldılmasına dair razılaşmanı təsdiqləyiblər. (azvision.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *