Ekspert: “Qış gələndə hamı yenidən evdə oturmağa başlayacaq”

“Bütün dövlətlər yayda pandemiyanın öhdəsindən gələ bilməyəcəyi halda, noyabr ayında COVID-19-a yoluxmanın yeni dalğası başlaya bilər”.

Bu barədə “RİA Novosti” Şanxay xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Çjan Venhuna istinadən məlumat yayıb.

Çinli həkim bu yay ölkələrin koronavirusdan tamamilə qurtulmasının çətin olduğunu bildirib. Çünki virusun yayılması Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiyada da qeydə alınıb.

“Qış gələndə hər kəs yenidən evdə oturmağa başlayacaq”, — pandemiyanın ikinci dalğasının kiçikmiqyaslı olacağını bildirən Venhun deyib.

Bununla yanaşı, həkim qeyd edib ki, Afrika və Cənubi Amerika ölkələri üçün qarşıdakı qışı keçirmək çox çətin olacaq və dünyadakı epidemioloji vəziyyətə nəzarət məhz bu regionlardan asılıdır. (oxu.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *