Çindən yeni koronavirus dalğası barədə xəbərdarlıq

Bütün ölkələr yayda pandemiyanın öhdəsindən gələ bilməyəcəyi təqdirdə, noyabr ayında koronavirus infeksiyalarının yeni dalğası başlaya bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şanxayın “Huaşan” xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Çjan Venhun bildirib.

“Noyabr ayından sonra ciddi problemlə qarşılaşa bilərik. Hesab edirəm ki, epidemiyanın növbəti dalğası təxminən noyabrda başlaya bilər”, – o deyib.

Həkimin sözlərinə görə, Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiyada da koronavirusun yayılması qeydə alındığından yay aylarında pandemiyanın tamamilə aradan qaldırılacağının qeyri-mümkün olduğunu təxmin etmək olar.

“Qış gələndə hamı yenə evdə qalacaq”, — həkim xəbərdarlıq edib.

Bununla belə, Ç.Venhunun sözlərinə görə, bir çox ölkədə infeksiyanın diaqnostikası sahəsində qazanılmış təcrübə sayəsində koronavirusun növbəti dalğası o qədər də böyükmiqyaslı olmayacaq.

“Amma tibbi resursları kifayət qədər olmayan ölkələr, məsələn, Afrika və Cənubi Amerika dövlətləri üçün növbəti qışda çətinliklər olacaq”, — həkim söyləyib.

O qeyd edib ki, dünyada epidemioloji vəziyyətə nəzarət məhz bu bölgələrin ölkələrindən asılıdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *