Bakıda mənzillər mart ayında 2,6% ucuzlaşıb

Bu ilin mart ayında Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 2,6% azalıb.

Millitribuna.az xəbər verir ki, «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 9,6% artım qeydə alınıb.

Eləcə də bax: Əmlak bazarında bütün proseslər dayanıb — ALICI YOXDUR
«Dəyişən strukturla aparılan hesablamalara əsasən, ay ərzində təkrar mənzil bazarında qiymətlər demək olar ki, sabit qalıb, il ərzində isə 1,32% artım olub. Sabit struktur, yəni eyni əmlakların qiymətləri üzrə hesablamalara əsasən, bu bazarda qiymətlərdə ay ərzində 1,3% azalma, illik isə 6,6% azalma baş verib. İlkin mənzil bazarında da ay ərzində 0,5% azalma, il ərzində isə 2,3% artım qeydə alınıb», — deyə N. İbrahimov bildirib. (apa)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *