Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxdu, 1 nəfər ölüb

Azərbaycan Respublikasında 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 39 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Millitrbuna.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 289 nəfəri müalicə olunaraq sağalmış, 12 nəfər vəfat etmiş, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *