Azərbaycanda boşanmaların sayı azalıb

2020-ci ilin mart ayında Azərbaycanda 3 931 nikah və 980 boşanma dövlət qeydiyyatına alınıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, cari ilin yanvar ayında müvafiq orqanlarda 4 353, fevral ayında isə 4 027 nikah dövlət qeydiyyatına alınıb.

Paralel olaraq, bu ilin yanvar ayında qeydiyyat şöbələrində 1 467, fevral ayında isə 1 493 nikahın pozulması dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, qeydiyyat şöbələri tərəfindən, ümumilikdə, nikahın pozulması haqqında müraciət edənlərdən yanvarda 324, fevralda 278 şəxs psixoloqla söhbətə cəlb olunub və nəticədə, onlardan yanvarda 50-si (25 cütlük), fevralda isə 76-sı (38 cütlük) nikahın pozulmasından imtina edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *