Abşeronda ata, oğul və qohumu bıçaqlandı

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Millitribuna.az report.az-a istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Nəsirli Cəmil Təvəkkül oğlu və övladı, 1998-ci il təvəllüdlü Nəsirli Zaur Cəmil oğlu, habelə onların yaxın qohumu, 1976-cı il təvəllüdlü Baxşəliyev Bürcəli Beydulla oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı C.Nəsirlinin və Z.Nəsirlinin döş qəfəslərində, B.Baxşəliyevin isə qarın boşluğunda daxilə nüfuz edən bıçaq yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat edilib.

Onlar qonşuluqda yaşayan şəxs tərəfindən bıçaqlandıqlarını bildiriblər.

Fakt araşdırılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *