Ərdoğan Süleyman Soylunun istefasını qəbul etmədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

Millitribuna.az xəbər verir ki, istefa məktubunu görən Ərdoğan Soylunun bu ərizəsini münasib hesab etmədiyi qeyd edib. “Daxili İşlər Nazirinin istefası qəbul olunmayıb, o, vəzifəsinin icrasına davam edəcək» – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, DİN rəhbəri Türkiyənin 31 əyalətində iki günlük küçəyə çıxma qadağası qərarından sonra yaranan görüntülərə görə istefa verdiyini açıqlamışdı.  Prezident Ərdoğan üçüncü dəfədir ki, Süleyman Soylunun istefa qərarını geri çevirib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *