Şəmkirdə ailəsini yandıran kişinin oğlu xəstəxanada öldü

Şəmkir rayonunda yaşadığı evi içərisində olan ailə üzvləri ilə birgə yandıran şəxsin oğlu xəstəxanada ölüb.

Millitribuna.az xəbər verir ki, altı gün əvvəl Şəmkir rayon Aşağı Seyfəli kəndində baş vermiş yanğın zamanı xəsarət alan, 1982-ci il təvəllüdlü Əkbər Vəli oğlu Vəliyev yerləşdirildiyi Bakı şəhərindəki xəstəxanaların birində göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Onun həyat yoldaşı və dörd yaşlı qızının vəziyyəti isə ağır olaraq qalır. Ə.Vəliyev Aşağı Seyfəli kəndində dəfn olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Aşağı Seyfəli kənd sakini, 1961-ci il təvəllüdlü Vəli Əkbər oğlu Yaqubov ailə münaqişəsi zəminində içərisində ailə üzvlərinində olduğu 5 otaqdan ibarət evə od vuraraq yandırıb.

Nəticədə, həyat yoldaşı- Nüşabə Yaqubova, oğlu və gəlini Nərgiz Vəliyeva həmçinin 4 yaşlı Banu adlı nəvəsi yanıq xəsarətləri alıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (report)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *