Karantin rejimini pozan Yevlax sakinləri saxlanılıb

 

Generic

Kürdəmir rayonunda karantin rejimini pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

Millitribuna.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimini kobud şəkildə pozaraq rayona daxil olmaq istəyən Yevlax rayon sakinlərini saxlayıb.

Belə ki, polis əməkdaşları yas yerinə getmək bəhanəsi ilə Kürdəmir rayonuna daxil olmaq istəyən Yevlax rayon sakinləri, 1968-ci il təvəllüdlü Hacıyev Allahverdi Cəlal oğlunu və 1978-ci il təvəllüdlü Cabbarov Tofiq Tapdıq oğlunu saxlayıblar.

Yoxlama zamanı məlum olub ki, saxlanılanlardan biri Allahverdi Hacıyev “8103” qaynar xəttinə mesaj göndərərək yaxınlarının yas yerinə getməsi ilə bağlı icazə alıb. Lakin, polis şöbəsinin əməkdaşları ilə söhbət zamanı həmin şəxsin heç də yas yerinə getmədiyi məlum olub.

Onun həmyerlisi, Tofiq Cabbarov isə özünü su idarəsinin işçisi kimi təqdim edərək icazəsiz rayon ərazisinə girmək istəyib.

Hər iki şəxs saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq olunub. İlkin dindirilmə zamanı onlar karantin rejimini bilərəkdən pozduqlarını etiraf ediblər.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *