«Formula 1″in sabiq pilotu vəfat etdi

Goodwood Revival 2011, Mercedes-Benz, Stirling Moss (300 SLR, W 196 S «658»)

«Formula 1» üzrə dünya çempionatlarının mərhələ yarışlarının dəfələrlə qalibi olmuş britaniyalı pilot Stirlinq Moss 90 yaşında vəfat edib.

Millitribuna.az-ın məlumatına görə, bu barədə keçmiş sürücünün həyat yoldaşı Süzi Moss «Daily Mail»ə açıqlamasında bildirib. «O, yaşadığı kimi də öldü. Öləndə də gözəl görünürdü. Sadəcə, sonda yoruldu, gözəl gözlərini yumdu. Vəssalam» deyə xanım Moss əlavə edib.

Qeyd edək ki, Stirlinq Moss «Formula 1″də 1951 — 1961-ci illərdə yarışıb. O, qatıldığı 67 Qran-prinin 16-dan qalib ayrılıb, 24 dəfə podiuma qalxıb. Karyerası ərzində çoxlu komanda dəyişmiş S.Moss hətta dəfələrlə mövsümün gedişində birindən digərinə keçib. Britaniyalı pilot «Mercedes», «Mazerati», «Lotus» «Vanuoll» və «Kuper» markalı boludlarda çıxış edərkən qalib olub.

S.Moss «Formula 1″in ən bəxtsiz sürücülərindən sayılır. O, dünya çempionatlarında 4 dəfə gümüş, 3 dəfə bürünc medal qazansa da, heç vaxt çempion ola bilməyib. Mərhum pilot «Le Manın 24 saatı» adlı dözümlülük yarışında da 10 dəfə start xəttinə çıxdığı halda, 2 dəfə finişə çatıb və elə 2-ci yerlə də kifayətlənib. Karyerası ərzində o, müxtəlif çempionatlarda 529 yarışın iştirakçısı olub və 212 qələbə qazanıb. (modern.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *