COVID-19: Avropanın sərhədləri sentyabradək bağlı qala bilər

Şengen ölkələrinin sərhədləri sentyabr ayına qədər bağlı qala bilər.

Millitribuna.az azərtac-a istinadənxəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun sosial tərəfdaşlarla videokonfransı zamanı bu haqda danışdığını BFM televiziyası açıqlayıb.

Bildirilib ki, Şengen ölkələri mövcud sanitar böhrana görə sərhədlərin sentyabr ayına qədər bağlı qalmasını düşünürlər. Bütün ölkələrdə pandemiya eyni vaxtda başlamayıb. Çin karantin rejimindən çıxmağa başladığı halda, ABŞ-da hələ epidemiyanın pik dövrü başlamayıb. Eyni zamanda, Fransa Prezidenti diqqətə çatdırıb ki, epidemiyanın ikinci dalğası da mümküdür.

Qeyd edilib ki, Şengen ölkələrinin sərhədlərinin bağlanması avrozonada iqtisadiyyatın yenidən dirçəlməsini təşviq etmək üçün bir strategiya ola bilər.

Ekoloji Keçid naziri də fransızlara bu gün ölkədə və dünyada COVID-19 pandemiyası ilə bağlı mövcud qeyri-müəyyən vəziyyətin hökm sürdüyü vaxtda yay tətilində xaricə getmək üçün bilet almamağı tövsiyə edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *