Milli Məclis həkimlərə və polislərə dəstək olaraq videoçarx hazırlayıb — Video

Milli Məclis koronavirusla mübarizənin ön cərgələrində olan həkimlərə, polislərə dəstək nümayiş etdirən videoçarx hazırlayıb.

Millitribuna.az-ın məlumatına görə, videomaterialda Milli Məclisin Aparatının işçiləri və deputatlar çətin şəraitdə çalışan həkimlərə, polislərə öz dəstəyini ifadə edib.

Həmçinin, videoçarxda parlamentin son iclasında spiker Sahibə Qafarovanın təklifi ilə həkimlərin, hərbçilərin, polislərin deputatlar tərəfində ayaq üstə alqışlandığı görüntülər də yerləşdirilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *