Bakıda modul tipli xəstəxananın tikintisi başlandı — Fotolar

Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli xəstəxanaların tikintisinə başlanılıb.

Millitribuna.az xəbər verir ki, tikinti işləri Prezident İlham Əliyevin aprelin 7-də koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamla icra olunur.

Sərəncama əsasən, ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində modul tipli xəstəxanalardan birinin tikintisinə başlanılıb.

Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxana quraşdırılacaq. (oxu.az)

Həmin tikinti sahəsindən görüntüləri təqdim edirik:

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *