Bu layihə təsdiq olunarsa bir daha bu cür problemlər yaşamarıq.

Tikinti sahəsi inkişaf etdikcə ölkə iqtisadiyyatı da yüksəlməyə başlayır. Tikinti sahəsinin inkişafını tək yeni tikili hündür mərtəbəli binalarla əlaqələndirmək olmaz. Fərdi yaşayış evlərinin tikintisinin artması, qeyri yaşayış obyektlərinin tikintisi, hətta körpü və yolların salınmasıda bu sahənin inkişafı deməkdir. Paytaxt və bölgələrimizdə qəsəbə və kəndlərin ərazisinin artması yeni qəsəbə və kəndlərin yaranması hər vəcdlə bu sahəni inkişaf etdirir.

Lakin bu sahədəki müəyyən catışmazlıq və bəzi məsuliyyətsiz insanların səhlənkarlıgı, vəzifə borclarını bilməməsi və vəzifəsindən sui istifadə bu sahəyə daima öz mənfi təsirini göstərir. İstər sənədləşmə prosesi zamanı qarşılaşılan cətinliklər, istər tikinti işləri aparılan zaman vətəndaşın üzləşdiyi problemlər. Bu hallarda vətəndaş hara müraciət edəcəyini belə bilmir.

Bəzən məhkəmə orqanlarına, bəzən polsə, bəzən icra nümayəndəliyinə və sair idarələrə vətəndaşlar tərəfindən şikayətlər  daxil olunur. Daima şahidi oluruqki tikinti və əmlak sektoru ilə baglı olunan şikayətlər  bir cox hissələrə şaxələnir və müxtəlif idarə və orqanlara yönəldilərək həlli yolları uzanır. Səbəb cox sadədir. Baş vermiş problemlə baglı  vətəndaşın bir başa döyə biləcəyi qapı yoxdur.

Daşınmaz əmlak sektorunda  bu sahəyə xidmət edə biləcək  tək bir qrumun  olmadıgına görə vətəndaşların üzləşdiyi problemlər əksər hallarda öz həllini tapa bilmir. Sadalamaqla bitməyən bu cür problemlərin həlli yolları da təbii ki var.

Təklif edərdim ki yeni bir qurum yaradılsın. Əmlak sahəsinə xidmət edən bu sahədə vətəndaşların istənilən  problemində öz köməyini əsirgəməyən, istər sənədləşmə zamanı üzləşilən problemlərin həllində, istər tikinti inşaası zamanı vətəndaşa dəstək ola bilən və ən əsası böyük tikinti işlərində tikintinin keyfiyyətinə və sənədləşmə prosesinə nəzarət edə biləcək bir qurumun yaradılmasını təklif edərdim. Və bu qurum bir başa daşınmaz əmlak sahəsinə aydiyyatı olan bütün şöbələri özundə birləşdirsin. Məlum məsələdirki zamanında bələdiyyələrin də torpaq satmaq səlahiyyətləri var idi. Həmcinin yerli icra hakimiyyətləri tikinti işlərinin aparılması ücün torpaq sahəlıəri ayıra bilirdilər. Hətta  tikinti şirkətləri belə müqavilə yolu ilə mənzil satırlarsa demək ki onlarda bu sahədə sərəncam vermək hüququna malikdirlər. Bu sahədə səlahiyyətli orqanların adlarını sadalamaqla bitirmək cətindir. Nəticə isə ondan ibarətdirki əksər hallarda şahidi oluruqki  bir qurumun verdiyi sərəncam aydiyyatı olan  başqa bir qurum tərəfindən təsdiqlənmir. Nəticədə  vətəndaş  və dövlət büdcəsi xeyli itgilərə məruz qalır. Düşünürəmki bu cür problemlərin gələcəkdə də baş verməməsi ücün yeni bir qurumun yaradılması cox vacibdir. Tikinti sahəsi ilə baglı bütün sərəncamlar, sənədləşmələr, cıxarışların  verilməsi,  tikintiyə nəzarət,  alqı satqısı və sair bu sahəyə  aydiyyatı olan hər bir şey bir qurum tərəfindən  bir pəncərə sistemi ilə idarə olunmalıdır. Bu qurumun yaradılması bu sahədə olan bütün catışmazlıqların və korrupsiya hallarının qarşısının alınmasına bir başa öz təsirini göstərəcək. Kecmişdən qalan xeyli problemli  məsələlər varki bu günə qədər öz həllini tapa bilmir. Həmcinin bu cür halların belə bir daha təkrarlanmaması ücün belə bir qurumun yaradılmasına ciddi şəkildə  ehtiyac duyulur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev.

 

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *