Əmlak bazarında hazırki vəziyyət.

Koronavirus pandemiyası yayıldıgı gündən ölkənin daşınmaz əmlak sahəsində ciddi sükut baş verdi. Xüsusən kirayə mənzillər və bu mənzillərdə kirayə qalan vətəndaşlar ciddi problemlərlə üz üzə qaldılar. Paytaxtda kirayədə yaşayan rayon qeydiyyatında olan vətəndaşların qeydiyyatda olduqları bölgələrə qayıtması xeyli kirayəlik mənzillərin boş qalmasına səbəb oldu. Əksər iş yerlərinin baglı olması səbəbi ilə də yüzlərlə günəmuzd işləyən və kirayədə yaşayan sakinlər kirayə pullarını ödəməkdə ciddi cətinliklər yaşayacagı artıq qacılmazdır. Bu səbəbdən cox sayda mənzil sahibləri bu cətin günlərdə öz xalqına dayaq duraraq imkanı olmayan şəxslərdən ya kirayə pulunu almadıgının və ya kirayə qiymətlərinin 50 faizə qədər endirdiklərinin şahidi oluruq. Lakin əks göstərici ondan ibarətdur ki paytaxtda kirayə qiymətləri ucuzlaşsada şəhər kənarındakı bag evlərinin kirayə qiymətlərində ciddi qiymət artımı müşahidə olunur. İmkanlı paytaxt sakinləri karantin müddətini bag evlərində kecirdərək ətraf insanlardan daha cox tədric olunduqlarını düşünürlər. Bina evlərində dörd divar arasında sıxılmamaq ücün atılmış ən optimal addım hesab etmək olar. Normal illərdə bag evlərinin kirayə mövsümü iyun ayından başlayırdısa bu il bu prosesin mart ayından başlaması bag evlərinin kirayə qiymətlərinin daha kəskin artacagından xəbər verir. Qiymət artımı tək paytax ətrafı deyil digər rayon və bölgələrdəki istirahət zonalarında da müşahidə olunur. Xüsusəndə turistik zonalara yerli sakinlərin aktiv axını iqtisadi baxımdan turizm sektorunun ayaqda durmasına təkan verir. Lakin paytaxtdakı kirayə mənzillərin qiymətlərinin aşagı enməsi və təlabatın azalması mənzillərin satış qiymətinə elədə ciddi təsir göstərməyəcəyini düşünürəm. Xüsusəndə yeni tikili binalarda və tikilməkdə olan binalarda satış qiymətlərinin enməsi gözlənilmir. Tikintilərin sayı azalsada tikintinin maya dəyərinin qiyməti əvvəlki dövrlərdən də baha olunacagı gözlənilir. Səbəb göstəricisi olaraq tikinti və təmir zamanı istifadə olunan tikinti materiallarının böyük əksəriyyətinin xarici ölkələrdən gətirildiyini və bu gün əksər ölkələrin sərhədlərinin baglı oldugunu aydın görmək olar. Bu fikirlər sadəcə bu gün ücün kecərlidir. Sabah nəyin necə olacagı isə məlum deyil.

Əmlak eksperti Elnur Fərzəliyev.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *