19 yaşlı qız sevgilisini bıçaqladı

Mingəçevirdə 19 yaşlı qız sevgilisini bıçaqlayıb.

Millitribuna.az xəbər verir ki, hadisə dünən qəbiristanlıq ərazisində baş verib. 2003-cü il təvəllüdlü T.E. sevgilisi N.Şəvəndiyevin qarın boşluğuna bıçaqla xəsarət yetirib.

İlkin məlumata görə, onlar sosial şəbəkədə tanış olublar. Münasibətlərində problem yaranıb və qız məsələni aydınlaşdırmaq üçün N.Şəvəndiyevi qəbiristanlığa çağırıb. Mübahisə zamanı T.E. üzərindəki bıçaqla oğlanı yaralayıb.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.