120 klassik avtomobildən ibarət kolleksiya satışa çıxarılacaq

Klassik avtomobillərin böyük kolleksiyası “RM Sotheby’s” hərrac evində satışa çıxarılacaq.

Millitribuna.az xəbər verir ki, tədbir sentyabrın 22-24-də baş tutacaq.

İş adamına məxsus kolleksiyaya 120 unikal avtomobil daxildir.

Kolleksiyanın 20 milyon dollara satılacağı gözlənilir.

Satışa çıxarılan eksponatlar arasında “Maserati 3500 GT Spyder” (1960), “Porsche 356 A 1600 Speedster” (1956), 60 yaşlı “Mercedes-Benz 300 SL Roadster”, “Ferrari 330 GTC” (1967) və “GTSno Roadster” (1974) var.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.