1 terabayt yaddaşı olan yeni “iPhone”

Amerikanın “Apple” şirkəti 1 terabaylıq yaddaşı olan ilk “iPhone”u təqdim edəcək.

Millitribuna.az xəbər verir ki, bu barədə “İnsider” məlumat yayıb.
Analitik Min Çi Kuonun sözlərinə görə, söhbət “iPhone” 13 Pro və “iPhone” 13 Pro Max modellərindən gedir.

Xatırladaq ki, bundan öncə Min Çi Kuo “Apple”nın yeni “iPhone” 13-ünün peyk dəstəyi ala biləcəyini bildirmişdi.

Qeyd edək ki, dünyanın ən məşhur elektron cihazlar və proqram istehsalçısı olan “Apple”, sentyabrın 14-də yeni məhsulunun rəsmi təqdimatını keçirəcək.(Azvision.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir