Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO zirvəsindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Millitribuna.az məlumat verir ki, o, Azərbaycana gəlmək məsələsinə də toxunub:

“Son görüşümüz Baydenlə olacaq, sonra Azərbaycana gedəcəyik. Bildiyiniz kimi, əvvəlcə Füzuliyə enəcəyik, sonra Şuşada qardaşım İlham Əliyevlə görüşəcəyik və iki ölkə olaraq aramızda saziş imzalayacağıq. Bu, hərtərəfli bir müqavilə olacaq. Azərbaycanda Türkiyə millisinin oyununu birlikdə izləyəcəyik. Daha sonra Antalyada keçiriləcək Cənub-Şərqi Avropa Ölkələri Liderləri Sammitində iştirak edəcəyik. Sonra da inşallah yenidən işimizə başlayacağıq”. (Haber Global)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *