Ərdoğan: “Qarabağda 67 məsciddən 63-ü dağıdılıb”

Azərbaycan Prezidenti İlham Əliyevi və azərbaycanlı qardaşlarımızı Dağlıq Qarabağda Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm.

Millitribuna.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.

“44 günlük dastanvarı Zəfərdən sonra 30 illik işğal sona çatdı, Dağlıq Qarabağ Ana Vətənlə təkrar qucaqlaşdı. Təbii asan deyil. Hər şeydən öncə Dağlıq Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, kilsələr də tar-mar edilib”, — deyə Ərdoğan vurğulayıb.(apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *