Ərəblər dollardan imtina edir


Səudiyyə Ərəbistanı dollardan imtina edərək, xarici ticarət əməliyyatlarını milli valyutalarla həyata keçirməyə hazırlaşır.

Millitribuna.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu məsələni ticarət tərəfdaşları ilə müzakirə etməyə hazırdır. Nazir, həmçinin vurğulayıb ki, xarici ticarətdə avro, Səudiyyə rialı və digər valyutalar istifadə oluna bilər.

Qeyd edək ki, bundan əvvəl BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qarşılıqlı ticarəti milli valyutalarla davam etdirmək barədə razılığa gəliblər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir