“Ən-Nəsr” gündə 400-ə yaxın Ronaldu forması satır

Səudiyyə Ərəbistanın “Ən-Nəsr” klubunun fan-şopunda Kriştianu Ronaldunun idman köynəklərinə böyük tələbat var.

Millitribuna.az xəbər verir ki, komandanın rəsmi mağazasında gündə 400-ə yaxın belə idman formaları satılır. Hər formanın qiyməti isə təxminən 100 dollardır.

Bildirilir ki, yüksək tələbat səbəbindən mağazada yalnız həmin köynəklərin uşaq və XXXL ölçüləri qalıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir