Ənənəvi kənd təsərrüfatı yarmarkaları bərpa edilir

Azərbaycanda ənənəvi kənd təsərrüfatı yarmarkaları yenidən bərpa olunacaq.

Millitribuna.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazirin sözlərinə görə, əsas məhdudlaşdırıcı amil pandemiya şəraitində tətbiq edilən məhdudiyyətlərdir. Məhdudiyyətlər daha az tətbiq edildiyi təqdirdə yarmarkalar təşkil olunacaq.

«Əlbəttə, təhlükəsizlik tədbirlərinə riayət etmək şərti ilə yarmarkalar, təkcə bal yarmarkası yox, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək», — nazir qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *