Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi”

“Həyat yoldaşımdan boşandım, daha sonra o, dünyasını dəyişdi. Gərək boşanmayaydım…Beş-altı il əvvəl bilmişəm ki, o, vəfat edib. Bu xəbərdən çox pis oldum. Onun ailəsinə dedim ki, gərək mənə onun vəfatını deyərdiyiniz. O, mənim uzaq qohumum olub”.

Millitribuna.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Əliyeva qonaq olduğu “Zaurla günaydın” səhər şousunda deyib.

Sənətçi bildirib ki, universitet illərində Xalq artisti Fuad Poladova eşqini etiraf edib:

“Evliliyim heç bir il çəkmədi. Mənim bir övladım var. Universitetin üçüncü kursunda təhsil alırdım. Məni evdən vermişdilər həmin şəxsə, nişanlamışdılar. Amma mənim sevgim başqa insana idi. Fuad Poladova qarşı platonik sevgim var idi.

O da yenicə ailə qurmuşdu. Tədris teatrında tərəf müqabili kimi mənimlə oynadı. Onu sevdiyimi bilirdi. Kursumuzun rəhbəri Şəfiqə Məmmədovaya demişdim. O söylədi ki, bu, necə olur? Demişdim ki, istəyirəm də onu”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir