Əfsanəvi aktrisanın həyatı film olacaq

Hollivudun əfsanəvi aktrisalarından biri Odri Hepbernin həyatından bəhs edən filmdə çəkiləcək.

 

 

Millitribuna.az xəbər verir ki, ekran işində Odrini aktrisa Runi Mara canlandıracaq. Onun bu rolu ifa etməsinə mərhum aktrisanın oğlu Şon Hepber də öz razılığını verib.

Filmin rejissoru Luka Quadaqnino, ssenaristi Maykl Mitnik, prodüseri isə Runi özü olacaq.

Qeyd edək ki, «Roma tətilləri» filmi ilə məşhurlaşan Odri 63 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, «Emmi», «Oskar», «Toni» və «Qremmi» mükafatlarını alaraq «EGOT» statusu qazanan ilk aktrisa olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *