Əfqanıstanda daşqın nəticəsində 14 nəfər ölüb

Əfqanıstanda şiddətli yağışlardan sonra baş verən daşqın nəticəsində ölənlər var.

Millitribuna.az-ın xəbərinə görə, Əfqanıstanın qərbi Herat vilayətinin Adraskan bölgəsində baş verən daşqın nəticəsində 14 nəfər ölüb. 

Vilayət merinin sözçüsü bildirib ki, təbii fəlakət Adraskan bölgəsinin Rokha kəndində baş verib. 

Onun sözlərinə görə, qurbanlar arasında dörd uşaq, bir qadın da var.

Daşqınlar onlarla hektar ərazini məhv edib.

Heratın Obe və Karokh rayonlarında da daşqınlar olub, lakin itkilər barədə məlumat yoxdur. 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *