Əfqanıstanda 150-dən çox media qurumu bağlanıb

Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra ölkənin 20 əyalətində 150 ​​-dən çox media orqanı fəaliyyətini dayandırıb.

Millitribuna.az xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Bi siyahıda radiostansiyalar, çap mediası və televiziya kanalları da var. Medianın fəaliyyətinin dayandırılmasının səbəbləri həm onlara qarşı tətbiq edilən məhdudiyyətlər, həm də süni yaradılan iqtisadi problemlərdir.

Bildirilib ki, bu problemlər həll olunmasa, fəaliyyətini dayandıran media orqanlarının sayı artacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir