Zabratda yaşayış binası qəzalı vəziyyətdədir: Sakinlər narahatdır – VİDEO

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən yaşayış binası qəzalı vəziyyətdədir. Sakinlər binanın mövcud vəziyyətindən narahatdırlar.

“Xezerxeber.az”ın məlumatına görə, mənzillərdəki döşəmələrin taxtası aralanıb, baxan zaman su dolu zirzəmi görünür.

Sakinlər bildirir ki, bu mənzil 2 ildir təmir olunub. Ancaq indi bu hala  düşüb.

Onların sözlərinə görə, dəfərlərlə aidiyyəti qurumlara müraciət edilib, ancaq hələ də bir nəticə yoxdur.

Sabunçu Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, 1922-ci ildə inşa olunmuş ikimərtəbəli, 27 mənzilli bina qəzalıdır və istismar üçün təhlükəlidir.

Sakinlərinin köçürülməsi üçün Maliyyə Nazirliyi tərəfindən hər kvadratmetri üçün 1000 manat məbləğində vəsait ayrılıb. Ancaq sakinlər tərəfindən sənədsiz əlavə tikililər üçün kompensasiya ödənilməsi tələb olunduğundan onlarla qarşılıqlı razılıq əldə edilməsi mümkün olmayıb. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məktub göndərilib.

Qeyd edək ki, bina bu birliyin balansındadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir