Zəhərlənmə olan məktəbdə dərslər dayandırıldı

Şəkidə zəhərlənmə baş verən məktəbdə dərslər dayandırılıb.

Millitribuna.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınıb:
Ətraflı

“Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Gecə saatlarında daha bir neçə şagirddə yaranmış narahatlığa görə onlar da xəstəxanaya gətiriliblər. Hazırda həmin şagirdlərin vəziyyətlərinin normal olduğu və günün sonuna kimi həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılacağı bildirilir.

Məlumat üçün onuda bildirək ki, təhsil müəssisəsində yaranmış problemi aradan qaldırmaq üçün bu gün, yəni mayın 24-də məktəbdə əyani dərslər keçiriləməyib”.

Qeyd edək ki, ilkin araşdırmalara görə, allergiyaya məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Ehtimal edilir ki, mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələri buxarlanaraq məlum hadisənin baş verməsinə gətirib çıxarıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir