Yuxusuzluqla mübarizəyə kömək edəcək qidalar

“Tərkibində triptofan, maqnezium, melatonin olan qidalar yuxuya kömək edir”.

Millitribuna.az xəbər verir ki, bu barədə rusiyalı nutrisioloq Olqa Dekker yuxusuzluqla mübarizə zamanı necə qidalanmaq lazım olduğu barədə danışarkən bildirib.

Onun sözlərinə görə, adı çəkilən maddələr tünd şokolad, banan, badam, makadamiya, kivi, nar, zoğal, üzüm, süd, kefir, qatıq və toyuq ətində var.

Diyetoloq, həmçinin yatmazdan əvvəl spirt, kofein, güclü ədviyyatlardan, yağlı, ağır, şirin və yüksəkkalorili yeməklərdən, qəlyanaltılardan uzaq durmağı məsləhət görüb.

“Düzgün qida rejiminə riayət etməyi, yatmazdan bir neçə saat əvvəl çox miqdarda yemək və içkidən uzaq durmağı tövsiyə edirəm. Bu, mədədəki yükü və yuxuya mane ola biləcək refleks, həmçinin digər həzm pozğunluqları riskini azaltmağa kömək edəcək”, – deyə Dekker sözlərini yekunlaşdırıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir