
Vatsap növbəti yeni funksiyasını təqdim etməyə hazırlaşır.
Ətraflı
Millitribuna.az xəbər verir ki, artıq platforma istifadəçiləri qarşı tərəfə göndərdikləri mesajlarda səhv buraxdıqları zaman buna düzəliş edə biləcəklər.
Belə ki, əvvəl yazılmış söz və ya göndərilən emojidə səhv olarkən mesajı silməyə və yenidən yazmağa ehtiyac duyulurdusa, artıq buna gərək qalmayacaq. İstifadəçilərə bunun üçün 15 dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində səhv yazılan mesajın üzərinə basaraq müvafiq bölməni seçib düzəliş edə bilinəcək.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app