
Şuşada, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günündə Vasif Adıgözəlovun “Natəvan” operası təqdim olunub.
Millitribuna.az xəbər verir ki, Cıdır düzündə ilk dəfə nümayiş olunan əsər Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə işıq tutur.
Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb, dirijor isə Xalq artisti, opera müəllifinin oğlu Yalçın Adıgözəlov olub.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app