Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq geniş tədbirlər planı hazırlanıb”.

Millitribuna.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı–2023” ilinin rəsmi açılış mərasimində deyib.

Nazir qeyd edib ki, TÜRKSOY, Azərbaycan Respublikasının müvafiq nazirlikləri və digər dövlət qurumları, habelə digər əlaqədar təşkilatlarla birgə illik tədbirlərin və bir sıra yeni layihələrin həyata keçirilməsi gündəlikdədir: 

“Bu xüsusda, böyük məmnuniyyət hissi ilə elan etmək istərdim ki, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur”.

“Forum coğrafiyamızda mədəniyyət üçün çalışan bütün maraqlı tərəfləri bir araya gətirməyi və birgə mədəniyyətimizin inkişafına daha ciddi töhfə verməyi planlaşdırır. İnanıram ki, Azərbaycanın bu təşəbbüsü həm bizim həmkarlar, həm beynəlxalq təşkilatlar, həm də elmi dairələrimiz və yaradıcı sənayelərimiz tərəfindən dəstəklənəcək. Şuşa ötən əsrlərdə mədəniyyətimizdə, klassik musiqimizdə bir sıra yenilikləri ilə tarixə düşdü. Əminəm ki, Şuşada keçiriləcək Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək”, – deyə mədəniyyət naziri vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir