“Son 5 ildə sosialyönümlü xərclər 4,4 milyard manat artıb”

Son 5 ildə Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 4,4 milyard manat artıb.

Millitribuna.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurumun bugünkü iclasında müzakirə edilən “2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, təkcə ötən il büdcə xərclərinin 36,1 %-ni və yaxud 11 576,9 milyon manatını sosialyönümlü xərclər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1 280,3 milyon manat və yaxud 12,4 % çoxdur.

“2018-ci ilə nisbətən isə sosialyönümlü xərclərin büdcə xərclərində xüsusi çəkisi 4,4 faiz bəndi artıb, məbləğ olaraq isə 4 380,4 milyon manat və yaxud 1,6 dəfə artım olub”, – deyə deputat qeyd edib.

“2022-ci ildə sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 7 465,7 milyon manat (2021-ci illə müqayisədə 970,7 milyon manat və yaxud 14,9 % çox), sosial ödənişlər üzrə xərclərə 3 550,7 milyon manat (2021-ci illə müqayisədə 309,6 milyon manat və yaxud 9,6 % çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466,5 milyon manat (2021-ci illə müqayisədə 69,6 milyon manat və yaxud 17,5 % çox), dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94,1 milyon manat vəsait yönəldilib”, – deyə T.Mirkişili qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir