Prezident: “Bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur”

“Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur”.

Millitribuna.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.

“Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur.

“Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var. Sağ olun” , – deyə Azərbaycan Prezidenti bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir