
Azərbaycanla Ermənistan arasında növbəti addım sərhədin çəkiləcəyi xəritələri müəyyən etmək olmalıdır.
Millitribuna.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 24-də parlamentin iclasında deyib.
O bildirib ki, bunun üçün 1975-ci il xəritələri əsas götürülməlidir.
Hökumət başçısı 86,6 min kvadrat kilometr sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app