Özəlləşdirmə çekləri ilə bağlı tələb: Tədavülə qayıdır?

Son dövrlər özəlləşdirmə çeklərini satmayan yüzminlərlə vətəndaş hüquqi cəhətdən haqqlarının tapdandığını və bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin sosial ədalət siyasətinin pozulduğunu iddia edirlər.

Qeyd edək ki, 1996-cı il yanvarın 1-dən Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına başlanılıb. Qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon özəlləşdirmə çekindən 31,9 milyonu vətəndaşlara paylanılıb. Qanunvericiliyə əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Hazırda dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Milli Məclisin bir sıra deputatları da hesab edirlər ki, qeyri-qanuni şəkildə istifadəsi dayandırılan özəlləşdirmə çeklərinə görə vətəndaşlara kompensasiyanın ödənməsinə ehtiyac var.

Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov kanal4.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir:

“Özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı qanun mövcud deyil. Bu baxımdan özəlləşdirmə çekləri hələ də etibarlı sayılır. İndiki məqamda əlində çeki qalan vətəndaşların etirazı doğrudur. Həmin şəxslərin hüquqlarının qorunması üçün yeni qərarın qəbul edilməsinə ehtiyac var. Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması mümkündür”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə vurğulayıb ki, o vaxtı əhali maarriflənmə cəhətdən tam təmin olunmadığı üçün hüquqlarının tapdanmasına səssizlik nümayiş etdirdi:

“Son günlər özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən aktivləşib. Belə ki, vətəndaşların narazılıqlarna və bir sıra ictimai nüfuzlu şəxslərin müəyyən çağırışlarına rast gəlinir. Fikrimcə, bu baxımdan çeklərlə bağlı dövlət konkret addım atmalıdır. Əlində çekləri qalan vətəndaşlara dəstək olmaq dövlətə olan etimadı da artıracaq. Bundan başqa, çeklərin yenidən tədavülə buraxılması və ya çeki əlində qalan vətəndaşlara kompensasiya ödənməsi sosial vəziyyətə təsirsiz ötüşməyəcək. İnanıram ki, ən qısa zamanda bu problem öz həllini tapacaq”.

Sovet dövründə çalışmış hər bir ailənin üzvünə özəlləşdirmə çeklərinin paylandığını qeyd edən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimova görə, prosesin düzgün şəkildə aparılmaması təəssüf doğurur:

“Hesab edirəm ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması ilə bağlı yeni qaydalar tətbiq olunmalı və ya vətəndaşlara ödənəcək kompensasiyanın mexanizmi müəyyənləşməlidir. Nəzərə almaq lazımdır ki, özəlləşdirmə çekləri ilə bağlı proses tamamlanmayıb. Ona görə də çekləri əlində qalan şəxslərin siyahısı tərtib olunmalı və buna uyğun qərar verilməlidir. Problemin həlli ədalətli şəkildə öz həllini tapmalıdır. Vətəndaşların haqqını tapdamaq olmaz”.

Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir