
2022-ci ildə Azərbaycanda “2022–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nın icrası üçün 2 418,7 milyon manat vəsait yönəldilib.
Millitribuna.az xəbər verir ki, bu barədə “2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilir.
Sənədə əsasən, həmin vəsaitin 1 532,5 milyon manatı və yaxud 63,4 %-i cari xərclər, 610 milyon manatı və yaxud 25,2 %-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərindən, 276,2 milyon manatı və yaxud 11,4 %-i isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondundan ayrılmış vəsait hesabına formalaşıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app