
Müharibə veteranları, təqaüdçülər və müxtəlif peşə sahiblərinin nümayəndələri Konstitusiya Məhkəməsinə şikayət məktubu göndəriblər.
Millitribuna.az xəbər verir ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların sayı çox olduğundan onların fərdi şəkildə öz hüquqlarını müdafiə etməsi mümkün deyil. Bu səbəbdən mövzuya Konstitusiya Məhkəməsi aydınlıq gətirə bilər. Çünki bununla bağlı qanunlar vətəndaşların tərəfində olsa da, sonradan məmur oliqarxiyasının mənafeyi ucbatından bəzi dəyişikliklər edilib. Hansı ki, bu dəyişikliklərin çoxu, eləcə də tədavül müddətinin başa çatması barədə qərar qanuna və hüquqa ziddir. Bu səbəbdən müharibə veteranları və təqaüdçülər çıxış yolunu Konstitusiya Məhkəməsinə müraciət etməkdə görürlər.
Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:
file:///C:/Users/Dell/Downloads/Konstitusiya%20%C5%9Fikay%C9%99ti.pd
Qeyd edək ki, şikayətlə bağlı vətəndaşların hüquqi nümayəndəsi, hüquqşünas Mübariz Yolçuyevdir.
