Laçında “Disneyland” tikiləcək?

Laçının Zerti kəndində “Disneyland” tikiləcəyi, hətta artıq bunun üçün françayzın alındığı haqqında məlumat yayılıb.

Millitribuna.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə iddialar qeyd olunub. Paylaşımlara əsasən, nəhəng tikinti layihələri ilə Laçın Avropa ilə rəqabət aparacaq.

İddialar arasında həmçinin, Laçında məşhur “fast food” restoranlarının və brend hotellərin də françayzının olacağı da yer alıb.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Bakı Abadlıq Xidmətinin memarı Elnur Abdullayev iddiaların əsassız olduğunu qeyd edib. Laçında tikinti işlərinə nəzarəti həyata keçirən memarın sözlərinə görə, şəhərin yenidən qurulması layihəsində bu məqamlar yoxdur:

“Bizim hələlik əsas məqsədimiz ən qısa zamanda Laçında yaşayış şəraitinin bərpa olunması, sakinlər üçün əlverişli şəraitin yaradılmasıdır. Yaxın müddətdə Laçında “Disneyland” və ya iri “fast food” restoranlarının tikintisi nəzərdə tutulmayıb. Gələcəkdə necə olacağını isə indidən demək tezdir”. (oxu.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir