“İsti-isti ağrını dərk edə bilmirdim”

“Bu sənin sonuncu fotolarındandır. Hamıya qarşı gülərüz olsan da, tək qalanda qayğılar bütün cizgilərində ifadə olunurdu. Hər kəsi düşünürdün, hamıya yetmək istəyirdin, tələsirdin… Tələsdin, elə həmin gün də əbədi sükuta tələsdin”.

Millitribuna.az xəbər verir ki, bu sözləri martda avtomobil qəzasında həlak olan tanınmış prodüser Oqtay Əliyevin aparıcı qardaşı Elçin Əlibəyli sosial şəbəkədə yazıb. O, qardaşının son şəkillərindən birini izləyiciləri ilə bölüşərək tək qaldığını bildirib:

“Ən həll olunmayan dərdi, səri nikbin ruhla silahlanıb, həll etməyi bacarırdın. İndi biz sənsizlik dərdini hamımız yığışsaq da həll edə bilmirik. Günlər keçdikcə tək qaldığımı daha çox duyuram. Səndən öyrəndiyim kimi özümü nikbin göstərməyə çalışıram, amma bağışla, alınmır. 

Ən çox gün ərzində mənimlə telefonla danışdığın vaxt aralıqları: səhərlər 9-10:30, axşamlar 21-23-də sənsizlik havası hər yeri bürüyür. İndi bir qəfil xəbər, məlumat, maraqlı video qarşıma çıxanda vərdişə görə sənə göndərmək, paylaşmaq istəyirəm, amma yoxsan! Heç nəyi, hətta sənin yoxluğunu paylaşa bilmirəm. İlk günlər özümü sıxıb saxladım, sənin üçün üzülən, başsağlığı verən şəxslərin qarşısına çıxıb, ehtiramı bildirmək, ailəmizin ağrı çəkənlərini toxtatmaq üçün. İndi zaman keçdikcə dərd üstümə gəlir, indi sənin yoxluğunun gerçəyini dərk etməyə başlayıram. İsti-isti ağrını dərk edə bilmirdim, indi ağrı-acı gerçək kimidir, dəyişilmir! Həmişə görüşəndə mən səndən vaxt soruşurdum, indi də soruşuram, nə vaxt görüşürük? Həmişə sən məni gəlib evdən, işdən götürürdün, həmişə də gecikirdin. İndi də gecikirsən, özü də çox!”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir