İlham Əliyev: “Azərbaycan heç bir dəhlizi bloklamayıb”

“Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır”.

Millitribuna.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.

“Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir.

Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”.

Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”, – deyə Azərbaycan Prezidenti bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir