“Heydər Əliyev ili”nə həsr edilmiş Poliqon Strateji İntellekt Oyunu üzrə Zərdab rayon çempionatı keçirildi

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı tərəfindən “Heydər Əliyev ili”nə həsr edilmiş Poliqon Strateji İntellekt Oyunu üzrə Zərdab rayon çempionatı keçirildi.

”Xəbəraz” xəbər verir ki, Çempionatı giriş sözü ilə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev açaraq bütün həyatını xalqına xidmətə həsr etmiş, fəaliyyətində həmişə öz xalqına arxalanmış, Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, çətin günlərdə tarixin ən sərt sınaqlarından çıxardığı xalqı tərəfindən əziz xatirəsini hər zaman dərin ehtiramla anılan ümummilli lider Heydər Əliyevin bugünkü qüdrətli dövlətimizin yaradılması üçün göstərdiyi əvəzsiz xidmətlərindən söz açaraq, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin artan nüfuzu və beynəlxalq arenada söz sahibinə çevrilməsini qeyd etdi.

Çempionat Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.

Komandaların gərgin intellekt mübarizəsi ilə keçən çempionatda Gəlmə kəndini təmsil edən “Bayraktar” komandası 440 xalla I, Gənclər və İdman İdarəsi təmsil edən “Best Team” və Çallı kəndini təmsil edən “Zəfər” , komandaları hər biri 350 xalla II, Əlibəyli kəndini təmsil edən “Uğur” komandası isə 325 xalla III yer qazandılar.

Sonda qalib komandalara kubok və diplomlar təqdim edilərək xatirə şəkli çəkildi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir