DYP sosial şəbəkə istifadəçilərinə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

İdarənin rəsmisi polis mayoru Araz Əsgərli “Report”a bildirib ki, bəzi insanlar müxtəlif formalarda avtomobillərin iştirakı ilə, xüsusən də keçmiş illərdə qeydə alınan qanun pozuntularının, avtoxuliqanlıq əməllərinin video materiallarını müxtəlif sosial şəbəkə platformalarında yerləşdirməklə paylaşımlar edirlər, cəmiyyətdə çaşqınlıqlar yaradırlar:

“Təəssüf hissi ilə bildiririk ki, onlar əks-təbliğat işləri aparmaqla qanunsuz hərəkətləri bilərəkdən və ya məsuliyyətini düzgün formada dərk etmədən, xüsusən də gənc nəsilə neqativ hərəkətləri nümunə kimi təqdim edirlər. Həmin şəxslər sosial şəbəkə hesablarında izləyici yığmaq üçün qayda pozuntularını çəkərək və ya əldə edərək onları dırnaq arası “qəhrəmanlıq” kimi təqdim etməklə cəmiyyətdə yalnış hərəkətləri aşıladıqlarını unutmamalıdırlar.

Belə xoşagəlməz hərəkətlərin təbliği cəmiyyətin və dövlətin qanunla qorunan maraqları baxımından yolverilməzdir. Qanununun aliliyi prinsipinə sadiq qalmaqla və ictimai asayişin, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün maarifləndirici, təsiredici imkanları olan daha kreativ videoların paylaşılmasını tövsiyyə edirik.

Cəmiyyətimiz üçün yersiz aqressiya və hüquqpozama hərəkətlərinin təbliğatını aparan şəxsləri məsuliyyətli olmağa çağırırıq. İstənilən bloqerə, cəmiyyətdə nüfuz sahibi olan, həmçinin ictimaiyyətin müsbət mənada qəbul etdiyi, həyat tərzi və davranışları ilə cəmiyyətə örnək ola biləcək şəxslərə isə bütün imkanlarımızdan istifadə etməklə dəstək ola biləcəyimizi də hər zaman vurğuladığımız kimi, bir daha xatırlatmağı da faydalı hesab edirik”.

“Gəlin, həmrəylik nümayiş etdirib ölkəmizdə yaşayan hər bir şəxsə qanunlara və qaydalara hörmətlə yanaşıb, məsuliyyətli vətəndaş olmağı və təhlükəsizlik mədəniyyətini təbliğ edək!”, – DYP rəsmisi vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir