
Danimarka ukraynalı pilotların F-16 qırıcılarında vəd etdiyi təlimlərə başlayır. Bir neçə aydan sonra ölkədə pilotlar hazırlanacaq.
Millitribuna.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.
Onun sözlərinə görə, Danimarkaya səfəri zamanı Ukraynaya hərbi və maliyyə dəstəyi ilə bağlı danışıqlar aparıb. Danışıqlar zamanı açıqlanan ən mühüm şey odur ki, Danimarka artıq F-16-dan istifadə etmək üçün ukraynalı pilotları hazırlaşdırmağa başlayır.
“Biz bu ilk addımın nə demək olduğunu yaxşı bilirik. Bu o deməkdir ki, bir neçə aydan sonra biz səmanı bağlamağa kömək edəcək səmada üstünlüyü tamamilə möhkəmləndirəcək ikinci addım haqqında danışacağıq”, – o diqqətə çatdırıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app