“Banqladeş İƏT-in digər üzvləri kimi Ermənistanın təcavüzünü pisləyir” 

Banqladeşin Türkiyədəki səfiri Amanul Haqın “Report”un Ankara bürosuna müsahibəsi:

– Cənab səfir, 166 milyondan çox əhalisi olan Banqladeş bir zamanlar Şərqi Pakistan adlandırılıb. Xahiş edirik ölkənizin müstəqilliyini əldə etməsi barədə danışasınız.

– Banqladeş 1971-ci ildə Millət Atamız Bangabandhu (Banqladeş xalqının dostu – red.) Şeyx Mucibur Rəhmanın rəhbərliyi altında müstəqilliyini əldə edib. Hər il martın 26-da Müstəqillik Günümüzü qeyd edirik. Bangabandhu həmişə Banqladeşi “Shonar Bangla” (Qızıl Benqal – red.) etmək arzusunda idi. Bu da öz xalqı üçün harmoniya və xoşbəxtlik içində yaşayacaqları dinc və firavan bir ölkə qurmaq demək idi.

Təəssüf ki, Millət Atamız 1975-ci il avqustun 15-də məğlubiyyətə uğradıldı. Müstəqillik əleyhinə olan qüvvələr, onların davamçıları Şeyx Mucibur Rəhmanı ailəsi ilə birlikdə güllələyib öldürdü. Amma buna baxmayaraq, hazırkı hökumətdə olan onun bacarıqlı qızı, Baş nazirimiz dəfələrlə sui-qəsdlərə, həbsə məruz qalan, ağır mübarizə yolu keçən Şeyx Hasina Vecid atasının bu arzusunu reallaşdırmaq üçün yorulmadan səy göstərir. Banqladeş onun rəhbərliyi və cəsarətli addımlarına görə az inkişaf etməkdə olan ölkə siyahısından inkişaf etməkdə olan ölkə səviyyəsinə yüksəlib.

– Azərbaycanla Banqladeş BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlıq edir. Sizcə, iki ölkə arasında əməkdaşlığı daha hansı sahələrdə genişləndirmək olar?

– Siz düzgün qeyd etdiniz ki, Banqladeş BMT və İƏT çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Habelə hər iki ölkə Qoşulmama Hərəkatının üzvüdür. Banqladeş Azərbaycanı müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb və 1992-ci il fevralın 26-dan etibarən diplomatik əlaqələr qurub. Hazırda hər iki ölkə BMT-nin müxtəlif qurumlarında, xüsusən İƏT-də birgə fəaliyyət göstərir. Hər iki paytaxtda keçirilən beynəlxalq konfranslar çərçivəsində nazirlər səviyyəsində səfərlər olur.

Banqladeş beynəlxalq münasibətlərini “Hamıya dost, heç kimə kin” prinsipi əsasında ardıcıl şəkildə davam etdirir. Azərbaycanla münasibətlərimiz də bu prinsipdən istisna deyil. Bizim biznes, investisiya və iqtisadi əməkdaşlıq sahələrində birgə işləmək üçün çoxlu imkanlarımız var.

– Hər iki ölkə həm də İslam mədəniyyətinin bir hissəsidir. Bu barədə nə deyə bilərsiniz?

– Hər iki ölkənin bir hissəsi olan İslam mədəniyyəti, ortaq İslami dəyərlərimiz bizə sülh, tolerantlıq və harmoniya mədəniyyətini öyrədir. İnanıram ki, biz bu cür oxşarlıqlara diqqət yetirməklə mövcud ikitərəfli əlaqələrimizi daha da genişləndirə və gücləndirə bilərik.

– 30 ildən sonra Azərbaycan işğal altındakı torpaqlarını geri qaytardı. Banqladeşin Qarabağ məsələsi ilə bağlı mövqeyi necə olub və hazırda necədir?

– Banqladeş münaqişələrin sülh yolu ilə həllinə inanır. Qarabağ məsələsi ilə bağlı mövqeyimiz çox aydındır. Bu il martın 16-17-də İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniyada keçirilmiş 49-cu sessiyası zamanı Azərbaycan tərəfindən irəli sürülən 5 qətnaməni qəbul edilib. Həmin qətnamələrdə Ermənistanın təcavüzü pislənilir.

– Cənab səfir, 2020-ci ilə qədər Banqladeşin Türkiyədəki səfiri Azərbaycanda da eyni vaxtda akkreditə olunmuşdu. Hazırda bu səlahiyyəti İrandakı Banqladeş Səfirliyi daşıyır. Bu səlahiyyət Banqladeş Xalq Respublikasının Türkiyədəki səfirliyinə yenidən keçə bilərmi?

– Doğrudur, 2020-ci ilə qədər Banqladeşin Türkiyədəki səfiri Azərbaycanda eyni vaxtda akkreditə olunmuşdu. Xarici İşlər Nazirliyində mütəmadi akkreditə edilmiş ölkələrin siyahısına yenidən baxılması və müvafiq olaraq yenidən bölüşdürülməsi prosesi baş verir. Ona görə də gələcəkdə Azərbaycanın eyni vaxtda akkreditasiyasının Banqladeşin Türkiyədəki missiyasına dəyişdirilməsinin mümkünlüyünü istisna etmirəm.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir