
Rusiyanın paytaxtı Moskvada yerləşən “Crocus City Hall”da RU TV-nin təşkil etdiyi 12-ci musiqi mükafatının təqdimetmə mərasimi keçirilib.
Millitribuna.az xəbər verir ki, “İlin müğənnisi” nominasiyasında mükafat Azərbaycan əsilli sənətçi Jony (Cahid Hüseynli) təqdim olunub.
Həmçinin HammAli & Navai (azərbaycanlı Aleksandr Əliyev və Nəvai Bəkirov) dueti “Ən yaxşı hip-hop layihə” nominasiyasında qalib olub.
Qeyd edək ki, RU TV-nin təqdim etdiyi mükafat bütün Rusiya şou-biznesi üçün əlamətdar hadisədir. Ənənəvi olaraq musiqi kanalı klassik və eksklüziv kateqoriyalarda ən parlaq ifaçıları mükafatlandırır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app