Goranboyda arpa və buğda sahələri susuzluqdan yanır 

Goranboy rayonunun Kələk kəndində hektarlarla arpa və buğda sahələri susuzluqdan yanır.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri bildirib ki, arpa, buğda təxminən 1 aydan sonra  biçinə hazır olmalıdır, ancaq onların əkinləri  sonuncu dəfə noyabr- dekabr aylarında suvarıldığı üçün yetişmə gecikir. Bu səbəbdən də həmin torpaq sahələrində məhsuldarlıq xeyli aşağı olacaq.

Kələk kəndində artezian quyuları normal işləmədiyindən kəndlilər Şəmkir maşın kanalından yararlanmağa cəhd ediblər, lakin oradan da sakinlərə su verilməyib. Beləcə, sahələr yanaraq məhv olub.

Goranboy rayon Suvarma Sistemləri İdarəsindən bildirillib ki, sözügedən kənd ərazisində fəaliyyəti dayanan subartezian quyusu 2023-cü ilin bərpa proqramına salınıb. Kələk kəndinə Şəmkir maşın kanalından su verilməsi məsələsinə gəldikdə isə, Şəmkirçay su anbarı və magistral kanalların istismarı idarəsindən qeyd edilib ki, aprelin 28-də kanala su vurulacaq.

Daha ətraflı süjetdə:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMC

Daşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir