
“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə şəhid övladları üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına ekskursiya təşkil olunub.
Millitribuna.az xəbər verir ki, bu barədə AZAL-ın yaydığı məlumatda deyilir.
Bildirilir ki, zəngin və maraqlı proqram çərçivəsində ekskursiya iştirakçıları hava limanının necə çalışdığını ətraflı öyrənib, təyyarələri canlı izləyiblər. Həmçinin, onlara hava limanının fəaliyyətində iştirak edən xidmətlərin işi barədə məlumat verilib.
Belə ki, gənc qonaqlar hava gəmilərinə texniki xidmət anqarını ziyarət edib, hava limanının kinoloji və yanğından mühafizə xidmətinin fəaliyyəti ilə tanış olublar.
Ekskursiyanın kulminasiyası kimi “Boeing 787 Dreamliner” hava gəmisinə baş çəkən iştirakçıların pilot və təyyarə bələdçisi peşələri barədə sualları cavablandırılıb. Onlar hava gəmisinin pilot kabinəsində özlərini pilot kimi hiss ediblər.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app